Bakı klubunun baş məşqçisin istefaya göndərəcəyinə dair iddialar

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev Famil Ağayevin "Azərreyl"in sükanı arxasından kənarlaşdırılacağına dair iddialara reaksiya verib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis federasiyanın mətbuat xidmətinə açıqlamasında gənclərə dəstək olmalarının vacibliyini vurğulayıb.

 

O, əvvəlcə "Azərreyl"in Çağırış Kubokundakı çıxışına münasibət bildirib: "Bakıdakı cavab görüşünü arenadan canlı izləyirdim. Qızlar 3 hissədə qalib gəldilər. Bacardıqları qədər mübarizə apardılar.

 

Oyunun taleyi isə “qızıl set”də həll olundu. "Qızıl set"ə "Azərreyl" üstün başlasa da, təəssüf ki, üstünlük bizdə olduğu halda, uduzduq. Düşünürəm ki, oyunçular setin sonlarında psixoloji cəhətdən məğlub oldular. Bu da ümumi hesabda məğlubiyyətə səbəb oldu". 

 

Qarayevin fikrincə, daha bir səbəb "Azərreyl"in komanda şəklində az oyun keçirməsidir: "Milli çempionatımız dekabrın sonlarında start götürdü. "Azərreyl" bu günədək az oyun keçirmişdi. Hansı ki, digər komandalar bu günə kimi artıq 15-dən çox oyun keçirib. Məncə, "Azərreyl"in belə çıxışına komanda şəklində az oyun oynaması da böyük təsir göstərir. Amma buna görə oyunçuları və ya məşqçini günahlandırmaq doğru olmaz".

 

AVF rəsmisi Ağayevi gənc və yaxşı məşqçi adlandırıb: "Famil milli komandada da mənim köməkçim olaraq çalışıb və yenə də çalışacaq. Onun kimi gənc məşqçilərimiz o qədər də çox deyil. Biz onlara öz işlərində köməklik etməliyik ki, klublarında və ya milli komandalarda yaxşı nəticələr əldə etsinlər". 

 

"Azərreyl" Rumıniya "Ştiinta"sı ilə 1/16 final mərhələsinin ilk görüşündə 1:3 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında 3 setdə qələbə qazanıb - 3:0. Bu zaman, qaydalara əsasən, "qızıl set" təyin olunub və qələbəni "Ştiinta" əldə edib - 15:13.

Tarix: 14 Yanvar 11:10    Oxunub: 410    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.