Azərbaycandan imtina edən: "Bu qərarı verdiyimə qətiyyən peşman deyiləm"

Qazaxıstan yığma komandasının tərkibində olimpiya çempionu olmuş ağır atlet Nicat Rəhimov bildirib ki, Azərbaycandan getmək qərarı verməyinə peşman deyil.

 

Onun fikrincə, ölkəmizdə ağır atletika çox zəif inkişaf edib.

 

“Yeni ildə Bakıda olacağam, yanvarın əvvəlində isə məşq toplanışı üçün Almatıya qayıdacam," - idmançı sports.kz nəşrinə müsahibəsində bildirib.

 

Sitat: "Qazaxıstan xoşuma gəlir, bütün idmançılar dostluq əlaqələri saxlayır. Qazaxıstan komandasında çıxış etmək qərarı verdiyimə qətiyyən peşman deyiləm.

 

Məhz burda həyatımın ən böyük uğurunu qazanmşam, çünki Qazaxıstanda dünya səviyyəli mütəxəssislər çalışır. Federasiya idmançıları hərtərəfli dəstəkləyir.

 

Məşqçilər yığma komandanın bütün üzvlərinə eyni cür baxır, zəif və güclülərə ayırmırlar. Azərbaycanda ağır atletika necə inkişaf edib? Hazırda çox zəif. Buradakı kimi güclü məktəb orada yoxdu”.

 

Sportinfo.az xəbər verir ki, Rəhimov Qazaxıstana ilk dəfə 2013-cü ildə atası ilə birlikdə gəldiyini deyib. “Bura gəldim ki, məşqçi Ənvər Türkeleri mənə baxsın. Bir-iki gün məşq etdikdən sonra o mənə dedi ki, 2014-cü ildə toplanışa gəlim.

 

İlk səfərim vaxtı şam yeməyində Ənvər Türkeleri dedi: “Mən Nicatı olimpiya çempionu edəcəyəm”, bunu hətta videoya da yazdıq. İndiyə qədər saxlayıram”, - idmançı xatırlayıb.

 

Hazırda Azərbaycan kimi, Qazaxıstan da beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Lakin bu ilin payızında hər iki komanda yarışlarda iştirak etməyə başlayacaq. Nicat 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmağa ümidlidi.

Tarix: 14 Yanvar 10:31    Oxunub: 406    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.