"Azərbaycana qarşı yerli çempionatdakı futbolçular oynayacaq"

"Bizi kifayət qədər güclü komandalara qarşı yoldaşlıq görüşləri gözləyir. Öz klublarında hələ təlim-məşq toplanışına başlamayan futbolçuları sabahdan hazırlıq prosesinə cəlb edəcəyik".

 

Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin yeni baş məşqçisi Aleksandr Spiridon Cənubi Koreya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.

 

58 yaşlı mütəxəssis, əsasən, yerli çempionatda çıxış edən futbolçulara dəvət göndərəcəyini bildirib: "Bu oyunlar FİFA təqviminə düşməyən günlərdə olacaq. Legionerlərimizin çıxış etdikləri klublarla əlaqə saxlayacağıq.

 

Onlar bizim xahişimizi müsbət dəyərləndirsələr və futbolçularını heç olmasa, bir oyuna buraxsalar, məmnuniyyətlə, legionerlərimizdən də yararlanacağıq. Amma əlbəttə, yoldaşlıq görüşlərində əsasən Moldova çempionatındakı futbolçular oynayacaq".

 

Moldova yığması yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə qarşılaşacaq. Hər iki görüş Türkiyənin Antalya bölgəsində baş tutacaq.

Tarix: 14 Yanvar 10:18    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.