Blatter dedi: "DÇ-2018-də bunu etmək səhv olardı"

FİFA-nın sabiq prezidenti Jozef Blatter videotəkrara münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Blatter DÇ-2018 zamanı videotəkrardan yararlanmamağı düzgün addım sayıb.

 

Hazırda videotəkrarlardan İspaniya, Almaniya, Portuqaliya və başqa bir neçə ölkədə istifadə olunur. O, mundialda bunu tətbiq etməyin riskli ola biləcəyini vurğulayıb:

 

“Oyuna belə ciddi müdaxilə üsulundan DÇ zamanı yararlanmaq olmaz. Rusiyada keçiriləcək mundialda bunu etmək səhv olardı.

 

Bu sistem hələ hamı tərəfindən qəbul edilməyib. Ondan müxtəlif ölkələrdə müxtəlif cür yararlanırlar”.

Tarix: 14 Yanvar 10:05    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.