“Çelsi”nin baş məşqçi postuna iki əsas namizəd var

“Çelsi” mövsümün sonunda baş məşqçi Antonio Konte ilə yolları ayıracaq.

 

Sportinfo.az xəbər verir ki, London klubunun yeni baş məşqçi axtarışlarına başladığı bildirilir.

 

Bu barədə məlumatı “Daily Mail” yayıb. Nəşrin iddiasına görə, “Çelsi”nin baş məşqçi postuna iki əsas namizəd var.

 

London klubu “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri və “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeyə maraq göstərir.

 

“Napolin”nin çalışdırıcısı Mauritsio Sarri ilə “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin də namizədlər arasında olduğu deyilir.

Tarix: 14 Yanvar 09:52    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.