“Qəbələ” və imtina - FOTO

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını Türkiyədə davam etdirir. 

 

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub.

 

Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

 

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda sabah – yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq.

 

Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlığını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.

Tarix: 14 Yanvar 09:26    Oxunub: 179    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.