“Futbolçulara görə ödənilən vəsait daha məni təəccübləndirmir"

Leverkuzen “Bayer”inin idman direktoru Rudi Föller transfer bazarı barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Föller bazarda futbolçuların qiymətinin süni şəkildə şişirdildiyini bildirib.

 

O, hazırda Lionel Messidən savayı heç kimin qiymətinin 100 milyondan artıq olmadığını vurğulayıb:

 

“Futbolçulara görə ödənilən vəsait daha məni təəccübləndirmir. Qiymətlər süni surətdə şişirdilir. Bu gün mənim üçün bir futbolçu var ki, qiyməti 100 milyondan artıqdı. O da Lionel Messidi.

 

Əlbəttə, dünya səviyyəli başqa futbolçular da var. Məsələn, Robert Levandovski, Kriştiano Ronaldo. Amma Messi tamamilə başqa səviyyədi”.

Tarix: 14 Yanvar 09:13    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.