Budu, “Qarabağ”ın legionerin tapdığı "xəzinə"! - FOTOLAR

Qış fasiləsindən istifadə edən “Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, legionerlərin də qatılması ilə birlikdə komanda tam heyətlə hazırlaşır.

 

Ağır fiziki təmrinlər və taktiki çalışmalarla yanaşı oyunçular istirahətlərindən də qalmırlar. Sosial şəbəkədə aktiv istirahət edən “Qarabağ”lı Pedro Enrike ailəsi ilə birlikdə olduğu fotolarını yayımlayıb.

 

Müqavilə ilə PAOK-a məxsus olan, icarə əsasında Azərbaycan çempionunun şərəfini qoruyan braziliyalı vətənində çəkilmiş kiçik qızı və həyat yoldaşı ilə birlikdə fotolarını istaqramda paylaşaraq onları “Meus tesouros”, yəni “Xəzinələrim” adlandırıb.

 

Foto Pedronun izləyicilərinin, eyni zamanda həm azərbaycanlı, həm də yunan azarkeşlərin böyük marağına səbəb olub.

 

Bu mövsümün əvvəlində “Qarabağ”ın heyətinə cəlb etdiyi oyunçu mövsümün sonuna kimi komandada qalacaq (apasport.az).

 

Tarix: 14 Yanvar 00:30    Oxunub: 769    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.