Arda Super Liqanın lideri ilə 2,5 illik müqaviləyə imza atdı - VİDEO

Türkiyə yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Arda Turanın “Başakşəhər”ə keçidi tam rəsmiləşib.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu İstanbula gəlib və Super Liqanın lideri ilə 2,5 illik müqaviləyə imza atıb.

 

Lakin bu müddətdə Kataloniya klubu Ardanı başqa bir kluba satmaq hüququnu özündə saxlayıb. Eyni zamanda “Başakşəhər” də milli üzvünün transfer hüququnu almaq şansına malikdi.

 

Arda 2015-ci ildən şərəfini qoruduğu “Barselona”da 55 oyuna çıxıb, 15 qola imza atıb. O, bu müddətdə həmçinin 1 dəfə İspaniya çempionu olub, 2 dəfə İspaniya Kral Kubokunu, 1 dəfə İspaniya Super Kubokunu, 1 dəfə də UEFA Super Kubokunu qazanıb.

 

Arda 2011-ci ildə yetirməsi olduğu “Qalatasaray”dan Madrid "Atletiko"suna keçmişdi. O, “Atletiko”dan 2015-ci ildə 41 milyon avro qarşılığında “Barselona”ya transfer olmuşdu.

 

Lakin cari mövsümdə heç bir oyunda şans qazanmayan futbolçunun qışda Kataloniya klubundan ayrılması çoxdan gündəmdə idi.

 

Sonda onu da bildirək ki, Ardanın yeni komandası “Başakşəhər” Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdi.

 

İstanbul klubu Ardanın transferini sosial şəbəkə hesabında aşağıdakı videonu yayımlamaqla xəbər verib.

 

Tarix: 14 Yanvar 00:10    Oxunub: 210    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.