"Real" öz meydanında məğlubiyyətlə üzləşdi - VİDEO

"Real" İspaniya La Liqasının XIX tur matçında evdə "Vilyarreal"a uduzub.

 

Sportinfo.az xəbər verir ki,"Santyaqo Bernabeu" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 0:1.

 

Yeganə qolu 87-ci dəqiqədə Pablo Fornalyes vurub. Bu qələbə sayəsində xallarını 31-ə çatdıran "Vilyarreal" 5-ci pilləyə yüksəlib.

 

Ardıcıl 3-cü qarşılaşmada qol vura bilməyən "Kral klubu" isə 32 xalla 4-cüdü. Amma Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın ehtiyatda 1 oyunu var.

 

 

 

Tarix: 14 Yanvar 00:00    Oxunub: 71    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.