DÇ-2018-lə bağlı arzusu var

Argentina millisinin hücumçusu Karlos Teves bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında danışıb.

 

O, “mənim yaşımdakı bir futbolçu üçün Rusiyadakı mundialda çıxış etmək çox gözəl olardı” deyərək, dünya çempionatında iştirak etmək arzusunu dilə gətirib.

 

Karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi komandalarda top qovmuş Teves, bu yaxınlarda Çinin “Şanxay Şenxua” klubundan “Boka Xuniors”a qayıdıb.

 

33 yaşlı hücumçu 2004-cü ildən şərəfini qoruduğu Argentina millisində 76 oyun keçirib, 13 qol vurub. O, millidə sonuncu dəfə 2015-ci ilin oktyabrın 14-də, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Paraqvayla səfər oyununda (0:0) şans qazanıb.

Tarix: 13 Yanvar 21:00    Oxunub: 216    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.