Şeydayev Qurbanovun qapısını döydü, bu xahişi etdi, söz verdi, vəd aldı

«Jilina»da qərar tutmayandan sonra nicağtını «Qarabağ»da görən Ramil Şeydayev özəl bir xahişlə Qurban Qurbanovun qapısını döyüb.

 

Millinin hücumçusu mövsümün geridə qalan hissəsinmi lazımınca dəyərləndirə bilmədiyini və son vaxtlar performasında sürətli enişin olmasınıı etiraf edib, lakin səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiyini da deyib.

 

21 yaşlı forvard qış fasiləsindən sonra ona daha çox şans verilməsini Qurbanovdan rica eləyib və yayadək möhlət istəyib.

 

Bildirib ki, sezonun qalan bölümünü gözlənilən səviyyədə keçirməsə, «Qarabağ»dan ayrılacaq.

 

Qurban bəy gənc oyunçuya ruhdan düşməməyi, öz üzərində dayanmadan və daha çox işləməyi məsləhət görüb, vəd edib ki, istədiyi dəstəyi ondan əsirgəməyəcək (Sportinfo.az)

Tarix: 13 Yanvar 20:36    Oxunub: 1005    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.