Sabiq nazirin oğlu niyə hələ də Hafiz Məmmədovdan əl çəkmir?

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Hafiz Məmmədov arasında torpaq üstündə mübahisə davam edir. 


Bir müddət öncə Anar Məmmədova məxsus "Delfin” otelinin təsisçisi olan "Delfin” MMC məhkəməyə müraciət edib.

 

MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Hafiz bəyin prezidenti olduğu "Bakı”ya qarşı iddia qaldırıb. Klubun bazası otelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub.

 

Sabiq nazir oğlu klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. “Bakı”nın prezidenti isə bu tələblə razılaşmadığından qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib. 


Məhkəmə "Delfin”in iddiasını təmin edərək, klubun həmin ərazini tərk etməsinə qərar verib. Əks tərəfin iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.


Bundan sonra "Bakı” rəhbərliyi yuxarı instansiya məhkəməsinə müraciət edərək, qətnamədən şikayət edib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.


Yayılan məlumatlara görə, “Delfin” MMC-nin iddiası birbaşa “Bakı”ya yox, Hafiz bəyin təsisçisi olduğu “Bağlan Qrup”a qarşı yönəlib. Məhz bu şirkət “zolaqlılar”ın təsisçisidi.

 

Bu üzdən sözügedən proseslə “Bağlan Qrup”un hüquqşünasları məşğul olur. Bundan sonra Məmmədovun təsisçisi olduğu şirkətin hüquqşünasları Ali Məhkəməyə müraciət edəcək. Ordan da istədikləri nəticəni əldə edə bilməyəcəkləri halda isə ümid qalacaq Konstitutsiya Məhkəməsinə.

 

Sportinfo.az-ın məlumatına görə, yaranmış qeyri-müəyyəlik İsgəndər Cavadovun adını daşıyan akademiyanın fəaliyyətinə mənfi təsir göstərməyib.

 

Belə ki, «zorlaqlılar» 5 yaş qrupu üzrə seleksiya çalışmalarını davam etdirir. Qısa müddət ərzində 20-dən artıq uşaq və yeniyetmə yoxlanışdan keçib.

 

Tarix: 13 Yanvar 19:48    Oxunub: 321    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.