"İnter"lə görüşmüşük, təklifimizi ünvanlamışıq, cavab gözləyirik"

"İnter"in futbolçusu Qabriel Barboza Avropada gözlənilənləri vermədi.

 

Sportinfo.az xəbər verir ki, mövsümün əvvəlində "Benfika"ya icarəyə verilən Braziliya millisinin üzvü ehtiyat oyunçular skamyasının daimi sakininə çevrildi.

 

Portuqaliya klubuna da lazım olmayan gənc vingerin Braziliyaya qayıtmaq ehtimalı var. "Qabiqol" ləqəbli futbolçunun xidmətində sabiq komandası "Santos" maraqlıdı.

 

Bu barədə klubun prezidenti Xose Karlos Peres məlumat verib: "Barboza Braziliyaya geri dönmək istəyir. "İnter"lə görüşmüşük və təklifimizi ünvanlamışıq. Cavab gözləyirik".

 

"İnter" 21 yaşlı hücumçunu 2016-cı ildə "Santos"dan 29,5 milyon avroya transfer edib.

Tarix: 13 Yanvar 19:24    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.