Paytaxt klubu yeni stadionun tikintisinə görə ailə tərəfindən məhkəməyə verildi

“Çelsi” britaniyalı ailə tərəfindən məhkəməyə verilib.

 

Sportinfo.az xəbər verir ki, şikayətçilər yeni “Stemford Bric” stadionunun tikintisinə qadağa qoyulmasını tələb edirlər.

 

Onlar hesab edirlər ki, arenanın inşasından sonra həmin ərazidə sahibi olduqları evin pəncərələrinə günəş şüaları düşməyəcək.

 

Krostveyt ailəsi Londonun cənubunda dəbdəbəli rayondakı stadionun yaxınlığında yerləşən evlərində artıq 50 ildir yaşayırlar.

 

Bildirilir ki, klub yaxınlıqda yaşayan digər şəxsləri təzminat müqabilində razı salsa da, sözügedən ailə təklifi qəbul etməyib.

 

London təmsilçisinin rusiyalı sahibi Roman Abramoviç 1 milyard funt sterlinq dəyərində stadion inşa etdirməyi planlaşdırır. Yeni arena indikindən 19 min nəfər çox – 60 min tamaşaçı tutumuna malik olacaq.

Tarix: 13 Yanvar 19:12    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.