Azərbaycan millisinə yeni namizəd 5 aylıq icarəyə verildi

Azərbaycanlı futbolçu Ayaz Quliyevin "Rostov”a keçidi rəsmiləşib. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bu günlərdə "Anji” ilə yollarını ayıran və Moskva "Spartak”ına məxsus olan 21 yaşlı yarımmüdafiəçi yeni komandasında da icarə əsasında çıxış edəcək.

 

Razılaşmaya əsasən, o, mayın 31-nə qədər "Rostov”un formasını geyinəcək. Quliyev sabiq komandası "Anji”də 23 oyunda 1 qola imza atıb.

 

Rusiyanın bütün aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Ayazın Azərbaycan millisinə çağırılması gündəmdədi.

Tarix: 13 Yanvar 19:00    Oxunub: 320    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.