Türkiyənien Super Liqa klubu "Qarabağ"ın futbolçusuna elçi düşdü

AİK-in “Qarabağ”ın yarımmüdafiəçisi Tarık Elyunussinin xidmətində maraqlı olması barədə məlumat vermişdik. 


İsveçlilər 29 yaşlı oyunçunun müqaviləylə bağlı olduğu “Olimpiakos”la danışıqları yekunlaşdırmaq üzrədi. 


Yunanıstan mətbuatında yer alan məlumata görə, keçid 1-2 rəsmiləşə bilər. Xəbərdə həmçinin Pirey təmsilçisinin Norveç millisinin də üzvü olan futbolçunun keçidi üçün 1 milyon avro tələb etdiyi vurğulanıb.


“Qarabağ” Elyunussini ötən ilin sentyabrında “Olimpiakos”dan 1 mövsümlük icarəyə götürüb. Futbolçu cari mövsümdə Ağdam klubunda cəmi 8 oyun keçirib.


Sportinfo.az-ın məlumatına görə, ona Türkiyədən də təklif gəlib. Super Liqada debüt edən «Yeni Malatyaspor» bu məqsədlə «Qarabağ»ın qapısını döyüb.

 

Lakin əslən mərakeşli legioner həmin bölgənin Suriyaya yaxınlığını və müharibə təhlükəsini düşünərək, dəvəti geri çevirib.

Tarix: 13 Yanvar 18:48    Oxunub: 915    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.