“Gürcüstan və Azərbaycan arasındakı matç daha sonra baş tutacaq"

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

 

Sportinfo.az xəbər verir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycanla yoldaşlıq oyunu baş tutmayacaq.

 

AFFA və Gürcüstan Futbol Federasiyası (GFF) arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

 

GFF-nin vitse-prezidenti, Bakının “İnter” klubunun (indiki "Keşlə" sabiq futbolçusu Aleksandr İaşvili də bu haqda danışıb:

 

“Gürcüstan və Azərbaycan arasındakı yoldaşlıq matçı daha sonra baş tutacaq. Yaxın zamanda hər iki tərəf qarşılaşacaq. Bu mərhələdə millinin əsas hissəsi klublardadır və məşq prosesi fərqli ölkələrdəndr.

 

24 yanvarda Lozannada Millətlər Liqasının püşkü atıldıqdan sonra rəsmi təqvim açıqlanacaq və bütün yoldaşlıq matçlarının tarixi aydın olacaq”.  

Tarix: 13 Yanvar 18:12    Oxunub: 125    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.