"Azərbaycan yığması kifayət qədər güclü komandadı" - İDDİA

Moldova millisinin baş məşqçisi təyin edilən Aleksandr Spiridon yerli mətbuata müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis müsahibə zamanı bu ayın sonunda baş tutacaq millimizlə yoxlama oyunu barədə də danışıb:

 

“Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticəyə imza atmasın? D divizionunda qrupda düşəcəyimiz digər 3 rəqibdən heç də zəif deyilik.

 

Məqsədimiz qrupu birinci pillədə başa vurmaq olacaq. Çoxdandı Moldova futbolunu izləmirəm. Bu mənada mənə çalışmaq çox maraqlıdı.

 

Yanvarın 27-də və 30-da bizi Cənubi Koreya və Azərbaycanla yoxlama oyunları gözləyir. Hər ikisi kifayət qədər güclü komandadı”.

 

Azərbaycan - Moldova oyunu yanvarın 30-da, Bakı vaxtıyla saat 19:00-da Antalyada keçiriləcək.

Tarix: 13 Yanvar 18:00    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.