"Kəpəz"in sevimlisi geri dönür

"Kəpəz" qış transfer pəncərəsində növbəti keçidini rəsmiləşdirib.

 

Sportinfo.az xəbər verir ki, Gəncə klubu sabiq futbolçusu Dario Frederikonu transfer edib.

 

Braziliyalı vinger komandanın Antalyadakı toplanışına qatılacaq və rəsmi müqaviləyə qol çəkəcək. Məlumatı əməkdaşımızla söhbətində "sarı-göylər"in baş məşqçisi Yunis Hüseynov verib.

 

26 yaşlı cinah futbolçusu 2015/17-ci illərdə "Kəpəz"dəki çıxışı ilə Gəncə fanatlarının qəlbinə yol tapmışdı. O, ötən il Yaponiyanın II Liqa təmsilçisi "Seongnam"a keçmişdi.

Tarix: 13 Yanvar 17:12    Oxunub: 372    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.