"Kəpəz"də yeni adlar

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində bu gün ilk yoxlama görüşünü keçirir.

 

Sportinfi.az xəbər verir ki, “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında klubun əvəzedici heyəti ilə qarşılaşır.

 

Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov baxışda olan futbolçuları və yeni transferləri bu matçda sınayır.

 

Qış fasiləsində I Divizion klubu “Turan Tovuz”dən ayrılan Ruslan Tağızadə karyerasını “Kəpəz”də davam etdirə bilər. U-21 millimizin sabiq yarımmüdafiəçisi "Kəpəz"in düşərgəsindədi.

 

 

U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ", "Zaqatala" və "Səbail"in şərəfini qoruyub.

 

U-21 millimizin sabiq üzvü Qvanzav Maqomedov isə Gəncə təmsilçisinə lazım olmayacaq.

 

Əvəzində "Xəzər Lənkəran"ın sabiq futbolçuları -  yarımmüdafiəçi Elşən Rzazadə və qapıçı Tərlan Qasımzadə "sarı-göylər"lə müqavilə imzalayacaq.

 

Bir zamanlar ölkəmizdə "Xəzər Lənkəran" və "Zirə"də çıxış edən Dieqo Souza da mövsümün ikinci yarısından etibarən "Kəpəz"də oynayacaq.

 

Ötən mövsüm "Səbail"in heyətində oynamış və komandanın elitaya yüksəlməsində pay sahibi olan millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu karyerasını "Kəpəz"də davam etdirə bilər.

 

Millimizin sabiq futbolçusu "Kəpəz"in düşərgəsindədi. Komandada baxışda olan 32 yaşlı futbolçu baş məşqçi Yunis Hüseynov tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə bağlanacaq.

 

Yunisoğlu "Xəzər Universiteti", "Neftçi", "Bakılı", "MKT-Araz", "Diskoboliya", "Poloniya" (hər ikisi Polşa), "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", "Dənizlispor" (Türkiyə), "Araz-Naxçıvan", "Rəvan" və "Səbail"də çıxış edib. O, 28 dəfə milli komandamızın formasını geyinib.

Tarix: 13 Yanvar 16:24    Oxunub: 398    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.