Arda Turanın yeni klubu

"Barselona" Türkiyə millisinin üzvü Arda Turanla yolları ayırıb.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

 

Arda "Başakşəhər" klubu ilə danışıqları mübət yekunlaşdırıb və bu keçid rəsmən açıqlanıb. Məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.

 

Arda sabah müqavilə bağlamaq üçün Türkiyəyə gələcək. Müqavilənin detalları isə açıqlanmayıb.  30 yaşlı yarımmüdafiəçi 2011-ci ildə "Qalatasaray"dan  "Atletiko"ya keçmişdi.

 

 O, Madrid klubundan 2015-ci ildə 41 milyon avro qarşılığında "Barselona"ya transfer olmuşdu. Arda Kataloniya klubunun heyətində 55 oyuna 15 qol vurub və 11 assist edib. 

Tarix: 13 Yanvar 16:12    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.