Neymar məhkəməyə çağrılacaq - Dələduzluq məsələsinə görə

PSJ-nin futbolçusu Neymar “Santos”dan “Barselona”ya keçidi zamanı dələduzluğa yol verdiyi iddiası ilə bağlı məhkəməyə çağrılacaq.

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə yanaşı, Kataloniya klubunun hazırkı rəhbəri Jozep Bartomeu və sabiq prezidenti Sandro Rosel də hakim önünə çıxarılacaq.

 

Məhkəmə Neymarın transfer hüququnun bir hissəsinin məxsus olduğu DIS fondunun şikayəti əsasında baş tutacaq. Qarşı tərəf futbolçunun “Barselona”ya keçidindən yetərincə qazanac əldə edə bilməməkdən narazıdır.

 

Neymar 2013-cü ilin mayında 57,1 milyon avro müqabilində “Barselona”ya transfer olunub. Lakin daha sonra transferin real dəyərinin daha yüksək olduğu ortaya çıxıb.

 

Braziliya yığmasının forvardı ötən yay rekord məbləğ qarşılığında – 222 milyon avroya PSJ-yə keçib.

Tarix: 13 Yanvar 16:00    Oxunub: 67    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.