"Premyer Liqada oynamaq fikrimiz var, problem olmamalıdı"

"Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev Sportinfo.az-a müsahibə verib:

 

Gələn mövsüm Premyer Liqa iştirakçılarının sayında artım gözlənilir. «Sabah» və «Xəzər»lə yanaşı, rəhbərlik etdiyiniz klubun da adı namizədlərin sırasında çəkilir. Amma «Siyəzən» adı altında…
- Belə bir söhbət yoxdu. Söylənilənlər, sadəcə, şayiədi. Mən eşitməmişəm, klubumuzda da bu məsələ mühakirə olunmayıb.


Komandanız mövsmümün ilk hissəsini olduqca uğurlu keçirdi. 14 xallıq fərqlə I Diviziona liderlik edirsiz. Deyə bilərikmi ki, «Qaradağ» artıq çempionluğun bir addımlığındadı?
- İlk dövrədə rəqiblərlə aramızdakı xal fərqi gözlədiyimizdən də çox oldu. Ona görə də məsuliyyətimiz birə-beş artıb. Ən yaxın izləyicimiz «Binə»di, onları da 14 xal qabaqlayırıq. Fərq 2-3 xal olsaydı, buna normal yanaşılardı. İkinci dövrədə gəlib bizi keçsələr, gərək bir daha futboldan danışmayaq. Mən bunu son iclasda futbolçuların özlərinə də demişəm. Bu yeorə gəlib çıxmaq üçün hamımız əziyyət çəkmişik. 14 xal balaca üstünlük deyil. Kənardan «Qaradağ» artıq çempiondu» deyənlərin sayı çoxdu. Bu, bir tərəfdən sevindirici hal olsa da, digər tərəfdən məsuliyyətimizi artırır.


"Qaradağ" cari mövsümün startına bir neçə gün qalmış baş məşqçisini dəyişdi. Azər Bağırovun yerini onun köməkçisi Həbib Ağayev tutdu. O, hələ də bu vəzifənin müvəqqəti icraçısıdı?
- Həbib Ağayevi təyin edən vaxt mən heç bir yerdə deməmişəm ki, o, bu posta müvəqqəti gətirilib. Ağayev bu vəzifəyə sırf savadına görə təyin olunub. Biz onun biliyinə çox inanırıq. Saytınız vasitəsilə bir daha ona minnətdarlığımı bildirirəm ki, başımızı uca elədi. Sağ olsun! Nəticələrinə baxıb deyə bilərəm ki, onunla yollarımızı ayıracağımızı düşünmək belə yersizdi. Biz onunla irəlidə daha böyük işlər görəcəyik. Allahın köməyi ilə!
 

Ağayev eyni vaxtda 4-5 yerdə işləməsi ilə bilinir. O, neçə ildi bu qaydada çalışır. Baş məşqçinizin qarşısına şərt qoymusuz ki, burda olduğu müddətdə başqa məşqçi və klublarla əlaqələrini kəssin?
- Bəli, o, belə bir öhdəlik götürüb, ağayev müqaviləsi davam etdiyi müddətdə yalnız «Qaradağ Lökbatan»ın uğurları üçün çalışacaq. Belə demək pis çıxmasın, ondan kömək istəyənlər də çoxdu. Ona görə də həmin şəxslərdən köməyini əsirgəmir. Çalışır həmin adamların ürəyini qırmasın. Bu səbəbdən bəzi adamlara kənardan elə gəlir ki, o, eyni vaxtda 4-5 yerdə işləyir. Bunlar varsa belə, yenə aradan qaldıracağıq.
 

Heyəti gücləndirmək istiqamətində nə kimi addımlar atırsız?
- Bütün klubldarda olduğu kimi, biz də transfer məsələlərinə xüsusi fikir veririk. 5-6 futbolçu ilə yollarımızı ayırıb, bir o qədərini də dəvət elmişik. Gedənlərdən kimisini baş məşqçimiz istəmirdi, kimisini də başqa klublar dəvət elədi.


Klubunuz uzun illərdi I Divizionda çıxış edir və yüksək nəticələr qazanır. Bununla belə, Premyer Liqanın qapıları üzünüzə bağlı saxlanılır. Həmişə də lisenziyalaşdırmanın maliyyə şərtlərinə görə. Bu il həmin problemlərlə qarşılaşmayacaqsız ki?
- «Qaradağ Lökbatan» birinci divizionun brendinə çevrilib. Hazırda liseenziyalaşdırma işləri ilə məşğuluq. Şükür Allaha, buradək gördüyümüz işlərdə heç bir problem yoxdu. Hər şey öz qaydasında gedir. İnşallah, Premyer Liqada oynamaq fikrimiz var. İnanırıam ki, divizionda qarşımıza qoyduğumuz məqsədə nail olub, ora vəsiqə qazanacağıq. Bu mənada problem olmamalıdı.

Tarix: 13 Yanvar 15:48    Oxunub: 732    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.