Paytaxt klubu hücumçunu 35 milyona satmağı düşünür

“Arsenal” Aleksis Sançesin qiymətini açıqlayıb.


Sportinfo.az xəbər verir ki, London təmsilçisi çilili hücumçunu 35 milyon funt sterlinqə satmağı düşünür.

 

Həmçinin 30 yaşlı forvardı almaq istəyən klub onun menecerinə də 5 milyon funt sterlinq ödəməli olacaq.

 

Aleksisin əsas müştərisi olan “Mançester Siti” isə 20 milyon funt sterlinqdən artıq xərcə düşmək istəmir.

 

Mançesterlilər “Arsenal” ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq futbolçu üçün tələb olunan məbləğin çox olduğu qənaətindədirlər.

 

“Mançester Siti” ilə yanaşı, “Mançester Yunayted” də çilili hücumçunun xidmətində maraqlıdır. Sançes 2014-cü ilin iyulunda İspaniya “Barselona”sından məhz 35 milyon funt sterlinq qarşılığında “Arsenal”a transfer olunub.

Tarix: 13 Yanvar 15:24    Oxunub: 181    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.