“Barsa” ilə razılığa gəlmək çətindi, hələ transfer baş tutmayıb"

“İnter”in baş məşqçisi Luçano Spalletti “Barselona”nın futbolçusu Rafinya Alkantaranın transferi barədə yayılan məlumata münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Spalletti Rafinya ilə bağlı danışıqlar apardıqlarını etiraf edib.

 

Ancaq o, “Barselona” ilə razılığa gəlməyin də çətin olduğunu vurğulayıb: “Biz Rafinyanı transfer etmək istəyirik.

 

Ancaq bu, o qədər də sadə deyil. “Barsa” ilə razılığa gəlmək çətindi. Hələ transfer baş tutmayıb, baxmayaraq ki, bir çox mənbələr əksini söyləyir”.

 

Rafinya ötən ilin aprelindən zədə səbəbindən meydana çıxmır. İtaliya mətbuatı iddia edir ki, bu transfer zamanı futbolçunun tibbi müayinəsinin nəticəsi əsas olacaq.

Tarix: 13 Yanvar 09:00    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.