“Sevilya” bu gəncin transferi üçün 12 milyon avro ödədi

İspaniya La Liqa təmsilçisi “Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, Əndəlus təmsilçisi Braziliyanın “Korintians” klubunun müdafiəçisi Gilyerme Arananı heyətinə cəlb edib.

 

Bu barədə məlumatı “Sevilya”nın mətbuat xidməti yayıb. 20 yaşlı futbolçuyla 2022-ci ilin yayına kimi müqavilə bağlanıb.

 

İspaniya mətbuatında yer alan məlumata görə, “Sevilya” gənc futbolçunun transferi üçün 12 milyon avro ödəyib.

 

Sol cinah müdafiəçi mövqeyində çıxış edən braziliyalı futbolçu yeni klubunda 8 nömrəli formada çıxış edəcək.

Tarix: 13 Yanvar 08:48    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.