Prezident: "Erməni klublarının "Qarabağ" kimi Çempionlar Liqasına düşmək şansı yoxdr"

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu ilə bağlı verilən suala cavab verib.

 

Sportinfo.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, mətbuat konfransı keçirən federasiya başçısına “Nəyə görə Azərbaycan klubları Çempionlar Liqasının qrup mərhələsinə düşür, ancaq Ermənistan klubları yox" sualı verilib.

 

Ayrapetyan suala belə cavab verib: "Yaxın zamanda Ermənistan klublarının "Qarabağ" kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdu.

 

Ona görə ki, ÇL-in qrupunda oynamaq üçün böyük məbləğdə pul lazımdı, bu isə bizdə yoxdu. Azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.

 

Ağdam “Qarabağ”ı Azərbaycan futbolu tarixində ilk dəfə olaraq cari mövsümdə ÇL-in qrup mərhələsində mübarizə aparıb.

Tarix: 13 Yanvar 08:24    Oxunub: 115    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.