Hollandiya klubu bu futbolçunu millimizə vermədi - FOTO

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ozan Can Kökcü yeni komandasında debüt edib.


19 yaşlı yarımmüdafiəçi Hollaniya çemionatının I Divizionunda mübarizə aparan "Valveyk”in heyətində ilk oyununa çıxıb.


O, XX tur çərçivəsində “Alkmaar”ın gənclər komandası ilə görüşdə start heyətində yer alıb..Kökçünün 68-ci dəqiqədə əvəzləndiyi matçda “Valveyk” 1:0 hesabı ilə qalib gəlib. 


Yığma üzvünün 10-cü dəqiqədə fərqlənmək imkanı olsa da, cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.


O.C.Kökçü qış fasiləsində “Bursaspor”dan cari mövsümün sonuna qədər “Valveyk”ə icarəyə verilib. Onun yeni komandası hazırda 22 xalla 14-cü pillədə qərarlaşıb. 


Türkiyəli hazırda Antalya bölgəsində toplanışda olan yığmaya dəvət alsa da, burda iştirak etməyəcək.


Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi onun yığmanın toplanışına qatılmasına icazə verməyib.

 

Tarix: 13 Yanvar 14:48    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.