"Qəbələ"nin baş meneceri transfer bazarından xəbər verdi

Premyer Liqada medallar uğrunda mübarizə aparan «Qəbələ» hər addımını yüz ölçüb, bir biçir.

 

Vojislav Stankoviçlə müqavilə müddətini 2 il uzadan «qırmızı-qaralar» Təmkin Xəlilzadəni «Zirə»dən transfer  edib. 


Gedənlərin sayı isə bundan xeyli çoxdu: Roman Hüseynov ("Kəpəz": icarəyə), Aqil Məmmədov ("Neftçi"), Tellur Mütəllimov ("Zirə"), Endi Hallidey ("Reyncers", Şotlandiya: icarə müddəti başa çatıb), Ülvi İsgəndərov ("Sumqayıt": icarəyə), Deyv Bulthuis (“Herenven”, Hollandiya), Ramil Həsənov ("Xəzər": icarəyə), Ekiqo Ehiosun.


Klubun baş meneceri Zaur Əzizov Sportinfo.az-a bildirib ki, bundan sonra səs-küylü transferlər gözlənilmir:

 

"Elə bir şey gözlənilmir. Braziliyalı Kaykeni, yəqin ki, geri göndərəcəyik. Başqa da ki, sakitçilikdi.

 

Transfer işləri heyətimizdə kifayət qədər oyunçunun olmasıyla bağlıdı. Bu, büdcə və akadesmiya ilə əlaqəli deyil. Baş məşqçinin sərəncamında yetərincə futbolçu var.

 

Ehtiyat yaranarsa, yaxud qarşımıza istədiyimiz tipdə futbolçu çıxarsa, o zaman bir daha bu məsələni müzakirə edəcəyik və ola bilər ki, kimisə heyətə qataq".

Tarix: 13 Yanvar 14:00    Oxunub: 426    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.