Ardanın "Başakşehir"ə keçmək ehtimalı 50 faizdən çoxdu

“Barselona”nın futbolçusu Arda Turanın "Başakşehir”ə keçmək ehtimalı 50 faizdən çoxdu".

 

Sportinfo.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin baş məqşçisi Abdulla Avcı “CNN Türk”ə açıqlamasında deyib.

 

O bildirib ki, danışıqların müsbət nəticələnəcəyinə ümid edir: “Ardanın "Başakşehir"ə keçmək ehtimalı 50 faizdən çoxdur.

 

Burda "Barselona" üçün maddi tərəflər, futbolçunun maaşı məsələsi var. Bu gün müsbət və ya mənfi qərar çıxar. Hesab edirəm ki, qərar müsbət olacaq.

 

Ona başqa ölkələrdən də təkliflər var. Bizi seçməsinin səbəbi burada ailə mühitinin olmasıdır. Hazırda "Barselona"da məşqlərini davam etdirir. Lakin baş məşqşçi heyətə götürmür”.

 

"Barselona" 31 yaşlı yarımmüdafiəçini satmaq, "Başakşehir" isə icarəyə götürmək istəyir. ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən A.Turan cari mövsümdə meydana çıxmayıb. "Başakşehir" Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir.

Tarix: 13 Yanvar 13:48    Oxunub: 73    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.