Tanınmış futbolçu 2 illdən sonra karyerasını bərpa etdi

ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan 2 illik fasilədən sonra karyerasını bərpa edib.

 

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumu Meksikanın “Leon” klubu ilə anlaşıb.

 

Bu, L.Donovanın futbola ikinci dönüşü olub. 2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrından “Los-Anceles Qelaksi” ilə qısamüddətli müqavilə bağlayıb və 5 oyunda meydana çıxıb.

 

Donovan karyerası ərzində Almaniyanın “Bayer” və “Bavariya”, eləcə də İngiltərənin “Everton” klubun formasını geyinib. O, yığmanın heyətində çıxdığı 157 oyunda 57 qol vurub.

Tarix: 13 Yanvar 12:48    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.