"Neftçi"yə gələn hücumçu görün kimdi, nə bacarır - 4 VİDEO

"Neftçi" heyətinə yeni legioner cəlb edib - Fransisko Qarsiya.

 

Sportinfo.az xəbər verir ki, paraqvaylı "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıya gəlib.

 

"Qato" ləqəbli 26 yaşlı hücumçunun son klubu ölkəsində "Kerro Pertono"du. Qarsiya buranın öz yetirməsidi (2011).

 

Bir il sonra Paraqvayda digər komandaya - «İndependiente»yə keçən forvard növbəti mövsümə «Sportivo Luqueño»da başlayıb.

 

2013-cü ilin ikinci yarısında doğma klubuna dönüb, gələn il isə «Deportivo Capiata»ya yollanıb. 2014-2016-cı illər aralığında üçüncü dəfə "Kerro Pertono"ya üz tutub,

 

2015-ci ildə ilk dəfə legioner həyatı yaşayb. Kolumbiyadan aldığı dəvəti dəyərləndirərək, «Atlético Huila»nın şərəfini qoruyub.

 

2016-cı ildə vətəninə – bu dəfə «Nasional»a dönən hücumçu ötən yay "Kerro Pertono"nun 4-cü çağırışını qəbul edib.

 

Cari sezonun ilk yarısını isə boşa verib. Son 6 ayda oyun praktikası qazana bilməməsinin səbəbi baş məşqçi Leonel Alvarezlə münasibətlərinin pisləşməsi ilə izah olunur. «Neftçi» onunla 6 ay + 1 illik prinsipi üzrə anlaşmağa hazırlaşır.

 

Tarix: 13 Yanvar 12:36    Oxunub: 624    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.