“Qarabağ“ getdi qabağa… 1

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.


Siyahıya  17500 xalla "Real" başçılıq edir. “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cü pillədə qərarlaşıb.


Sportinfo.az xəbər verir ki, “clubworldranking”in təqdim etdiyi siyahıda Azərbaycandan 4 klub yer alıb.


Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”dadı. Ağdamlılar son siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Qurban Qurbanovun komandası 1169 xalla 541-ci pillədə qərarlaşıb.


Bu klublardan “Keşlə” 2 pillə gerilədiyi halda, digərləri mövqelərini qoruyublar. “Keşlə” 368 xalla 781-ci (-2),  “Qəbələ” 255 xalla 822-ci (0), “Zirə” isə 217 xalla (0) 844-cüdü.

 

Tarix: 13 Yanvar 12:24    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.