Eks klub prezidentinə başqa vəzifə verildi - "Kəpəz"ə gələrmi?

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin (XOK) İcraiyyə Komitəsinin (İK) illik hesabat yığıncağı keçirilib.


İcraiyyə Komitəsində AzTV-nin əməkdaşı Fikrət Adıgözəlli təmsil olunur.

 

Millət vəkili, İK-nin üzvü Fazil Mustafa isə komitənin vitse-prezidenti seçilib. Qurumun bundan sonra iki vitse-prezidentimiz olacaq.

 

O, Milli Məclis, dövlətlə, sosial layihələrlə bağlı məsələlərdə XOK-a kömək edəcək. Digər vitse-prezident Rövşən Məmmədov isə beynəlxalq əlaqələr üzrə səlahiyyətlidi.

 

“İnter”in (indiki “Keşlə”) sabiq prezidenti Rəşad Qasımov da XOK-da təmsil olunacaq: Burda Nəzarət-Təftiş Komissiyasının sədri mərhum Bakı şəhər Maliyyə İdarəsinin əməkdaşı İmadəd Əhmədov idi.

 

O, iki il əvvəl dünyasını dəyişdiyindən bu post boş qalmışdı. Qasımov isə “İnter”dən ayrıldıqdan sonra Respublika Bankın Maliyyə Departamentinin rəhbəri idi. 


Bu təyinat bəhzi mətləbləri gün işığına çıxarır. Çünki ilyarım öncə «Keşlə»dən uzaqlaşdırılan Qasımov Sportinfo.az-a bildirmişdi ki, şəxsi biznesini qurub və bütün əlaqələrini işə salaraq onun fəaliyyətini genişləndirməyi qarşısına məqsəd qoyub. 


O, bununla belə, nəvaxtsa futbola dönüşünü istisna etməmişdi. Görünür, qarşısına çıx-an maneələri hələ aşa bilməyib. Hansısa başqa kluba, məsələn, «Keşlə»yə dönüşü mümkün olmasa, yəqin ki, günlərin birində «Kəpəz»in qapıları  üzünə açılar.

 

Həm özü gəncəlidi, həm «Kəpəz»in yetirməsidi, həm də atası Müzəffər Qasımov bu şəhdərin futbol məktəbinin korifeylərindən biridi. Bildiyimizə görə, Gəncənin icra başçısı Elmar Vəliyevin bu ailənin nümayəndələrinə münasibəti də yaxşıdı.

Tarix: 13 Yanvar 11:36    Oxunub: 379    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.