"Yanvarda ayrılmaq istəsə, yerinə adam tapmamış onu buraxa bilmərik”

“Arsenal”ın baş məşqçisi Arsen Venger Aleksis Sançesin komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında Sançesin yerinə oyunçu tapmadan onu buraxa bilməyəcəklərini deyib:

 

“Elə düşünməyin ki, sizə məlumat vermək istəmirəm. Sadəcə, yanlış məlumat vermək istəmirəm. Hələ heç nə barədə qərar verilməyib.

 

Təkliflərin çox olması bəzi klublar üçün sərfəli ola bilər, lakin bu, bizə aid deyil. Normalda, Aleksis mövsümün sonuna kimi komandada qalmalıdı, lakin nə olacaq, görəcəyik. Yanvarda ayrılmaq istəsə, yerinə adam tapmamış onu buraxa bilmərik”.

 

Bir müddət öncə İngiltərə mətbuatında Aleksis Sançesin “Mançester Siti” ilə anlaşması barədə xəbər yayılmışdı.

Tarix: 13 Yanvar 11:12    Oxunub: 95    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.