"Neftçi" ilə oyundan sonra 1 istirahət etdim, indi isə..." - VİDEO

Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin futbolçusu Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.

 

Sportinfo.az xəbər verir ki, o, Qəbələ TV-yə müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir.

 

"8 həftə əvvəl "Neftçi" ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Və sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram.

 

Bu gün ilk dəfə meydanda məşqlərə başlayacam.Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda məşqlərdə komandaya qoşulacam. Və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm" - deyə o bildirib.

 

Tarix: 13 Yanvar 11:00    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.