FOTO - Moldovalılar Qurban Qurbanovun qarşısına Aleksandr Spiridonu çıxardı - TƏYİNAT

Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Moldovanın baş məşqçisi müəyyənləşib.

 

Sportinfo.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Aleksandr Spiridondu.

 

58 yaşlı mütəxəssislə 1+1 sistemi üzrə müqavilə imzalanıb. Spiridona Andrey Martin və qapıçılarla işləyən məşqçi kimi Sergey Botnaraş yardımçı olacaq. Daha 2 məşqçinin adı isə yaxın vaxtlarda açıqlanacaq.

 

Təlim-məşq toplanışına yanvarın 13-də başlayacaq Moldova yığması yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə qarşılaşacaq. Hər iki görüş Türkiyənin Antalya bölgəsində baş tutacaq.

 

Aleksandr Spiridon əvvəllər də Moldova yığmasında çalışıb. Onun 2001-ci ilə təsadüf edən debüt matçında məhz Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə əldə olunub.

 

Spiridon Moldovanın gənclər yığmasında, yerli "Tiliqul", "Nistru", "Zimbru" klublarında da çalışıb. Təcrübəli mütəxəssis 2004 - 2016-cı illərdə Ukrayna "Şaxtyor"unda, 2016-cı ilin mayından 2017-ci ilin mayınadək isə "Zenit"iə baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. 

Tarix: 13 Yanvar 10:36    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.