"Ufuk Budak Azərbaycana gəlməkdə maraqlı olmadığını dedi"

"Zirə" mövsümün ikinci yarısının hazırlıqları çərçivəsində ilk yoxlama matçına çıxıb.

 

"Qartallar" əvəzedici heyəti ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. 

 

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov oyundan sonra müsahibə verib.

 
Yoxlama matçında komandadan razı qaldınız?
- Oyuna ciddi yanaşmırdıq. Əsas olan odur ki, futbolçulara oyun hissi qayıtsın. Belə oyunlar lazımdı. Bunu ikitərəfli oyun kimi də qələmə vermək olar. Hər şey normal idi. Futbolçulardan razı qaldım.
 
Əvəzedicilərdən gözünüzə dəyən futbolçu oldu?
- Limitə düşən futbolçuların çox meydanda idi. Əvəzedicilərdə olan 2001-ci il təvəllüdlü yetirməmizi bəyənmişəm. Yəqin ki, əsas komanda ilə məşqlərə dəvət edəcəm.
 
Legionerlər komandaya qoşulmayıblar. Onların durumu necədir?
- Onlara xüsusi proqram vermişdik. Biz burda start verəndə onlar da başlamışdı. “Keşlə” ilə matçda legionerlır də oynayacaq. Jozef Bum isə son iki oyunu zədəli idi. Bu səbədən də gec gələcəyi üçün bizdən icazə alıb. Yanvarın 13-də komandamıza qoşulacaq.
 
Yeni transferlər - Tellur Mütəllimovla Mirsahib Abbasov əvəzedici heyətə qarşı çıxış etdilər. Onların durumu sizi razı saldı?
- Onların ptensialına bələdik. Çox şeylər gözləyirik. Elşən Abdullayev, Tellur Mütəllimov və Mirsahib Abbasova güvənirik. Ansambıldan geri qalmadılar.
 
Yeni transferlər gözlənilir?
- Bəli, gözlənilir. Axtarışlar gedir. Orta xəttə futbolçu axtarırırıq.
 
Yerli, yoxsa əcnəbi futbolçu olacaq?
- Əlbəttə ki, əcnəbi. Yerli oyunçu yoxdur və hamısının da klubları ilə müqaviləsi var.
 
Millimizin sabiq futbolçusu Ufuk Budakın adı “Zirə” ilə hallanırdı. Buna münasibətinizi bilmək maraqlı olardı...
- Agenti bizə müraciət etmişdi ki, Ufuk azad agentdir. Biz də maraq göstərdik. Amma Ufuk Budak Azərbaycana gəlməkdə maraqlı olmadığını dedi. Biz də bu məsələnin üzərində qalmadıq.
 
Zaur Həşimov milliyə təyinat aldı. Bəs sizin köməkçiniz kim olacaq?
- Bu məsələ açıq qalıb. Hələlik əvəzedici heyətdən Kamen Vasilyev köməkçi olacaq. Millidə də iş çoxdur. Çalışmaq lazımdır ki, yeni məşqçilərə kömək edək.
 
Heyətdəki milli üzvü olan gənc futbolçular yer alıb. Bunda sonra isə yığmaların toplanışı olacaq. Bu toplanışlar üçün problem olmayacaq?
- Yığmalarda yeni məşqçilər təyin edildi. Hamı toplanış edib futbolçuları tanımaq istəyir. Futbolçuların 1 həftə millidə olması problem yaşatmaz. Normal haldır. Milliyə dəvət alan futbolçu üçün yığmada oynamaq stimuldur.
 
“Zirə”yə əsas milliyə dəvət alan futbolçu barədə məlumat verilibmi?
- Xeyr, bu barədə məlumat verilməyib.
 
Milli komandalarda məşqçilər dəyişildi. Buna münasibətiniz necədir? Sizcə, bu dəyişikliklər futbolumuza nə verəcək?
- Əvvəlki məşqçiləri pisləmək doğru olmazdı. Son 10 ildə futbolda inkişaf var.  Bu, göz qabağındadır. Klublarımız avrokuboklarda uğurlu çıxış edirlər. Amma aşağı yaş üzrə milli komandalarımız uğursuz nəticələr qazandılar. İnşallah, gənc məşqçilərimiz yeniliklər gətirər. Komandalarda fərqli atmosfer olar. İnanıram ki, hər biri özlərini doğruldacaq. İstedadlı gənclərimiz var, onlara doğru yol göstərmək lazımdır. Hamımız birgə işləməliyik. Tək millinin məşqçiləri deyil, klublarda olanlar da bu işə dəstək olmalıdırlar. Klublarda iş düzgün getməlidir. Uşaq futbolunda axsayırıq.
Tarix: 13 Yanvar 10:12    Oxunub: 283    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.