"Neftçi"nin transferini razılaşdırdığı hücumçu Bakıya gəldi

Qış fasiləsində 10 futbolçu ilə vidalaşan "Neftçi" heyətinə yeni legioner cəlb edib.

 

Paytaxt təmsilçisi Fransisko Qarsiyanın keçidini razılaşdırıb.

 

Paraqvaylı "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıya gəlib və artıq bu jün səhər ilk məşqə çıxmalıdı.

 

Qarsiya "Neftçi"də çıxış edəcək ikinci paraqvaylı olacaq. Belə ki, paytaxt klubunda onun həmyerlisi Derlis Meza Kolli də top qovur.

 

Elə Qarsiyanı «Neftçi» rəhbərliyinə məsləhət görən də odu. Meza Kollinin təklifindən sonra Kamil Məmmədov nə yoğurub, nə yapıb, hazırca kökə tapıb.

 

Az qala bütün dünyaya özünü əvəzolunmaz fırıldaqçı kimi tanıtmış FİFA meneceri cənubi amerikalının keçidində vasitəçiliyi öz üzərinə götürüb. Axı Meza Kollini də «Neftçi»yə məhz o dürtüb.

 

«Qato» ləqəbli 26 yaşlı hücumçunun son klubu ölkəsində "Kerro Pertono"du. Qarsiya buranın öz yetirməsidi (2011).

 

Bir il sonra Paraqvayda digər komandaya - «İndependiente»yə keçən forvard növbəti mövsümə «Sportivo Luqueño»da başlayıb.

 

2013-cü ilin ikinci yarısında doğma klubuna dönüb, gələn il isə «Deportivo Capiata»ya yollanıb. 2014-2016-cı illər aralığında üçüncü dəfə "Kerro Pertono"ya üz tutub,

 

2015-ci ildə ilk dəfə legioner həyatı yaşayb. Kolumbiyadan aldığı dəvəti dəyərləndirərək, «Atlético Huila»nın şərəfini qoruyub.

 

2016-cı ildə vətəninə – bu dəfə «Nasional»a dönən hücumçu ötən yay "Kerro Pertono"nun 4-cü çağırışını qəbul edib.

 

Cari sezonun ilk yarısını isə boşa verib. Son 6 ayda oyun praktikası qazana bilməməsinin səbəbi baş məşqçi Leonel Alvarezlə münasibətlərinin pisləşməsi ilə izah olunur. «Neftçi» onunla 6 ay + 1 illik prinsipi üzrə anlaşmağa hazırlaşır.

 

SPORTİNFO.AZ

Tarix: 13 Yanvar 00:50    Oxunub: 1036    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.