"Neftçi"nin bu legioner transferi düyünə düşdü: 150000 dollar və menecer haqqına görə

Bir neçə gün öncə xəbər vermişdik ki, «Neftçi» prezident Orxan Hüseynzadənin imzasıyla daha bir legionerə rəsmi təklif göndərib.


Bakılıların birbaşa müqavilə bağlamaq istədiyi futbolçu Alfredo Antonio Mejia Eskobardı.

 

Honduras yığmasının üzvü son mövsümü Yunanıstanda keçirib. 2017-ci ilin əvvəlində «Ksanti» ilə anlaşan 27 yaşlı yarımmüdafiəçi 21 oyunda 2 dəfə fərqlənib.


«Neftçi» Alfredo Mejiaya 1,5 illik müqavilə təklif edib. «Ağ-qaralar»ın şərtləri ilə razılaşsa, ilk 6 ayda 10 min dollar maaş alacaq. Növbəti mövsümdən isə əməkhaqqısı 12 min dollara qaldırılacaq.


Komanda bu müddətdə Premyer Liqa çempionluğunu əldə edərsə və Azərbaycan kubokunu qazanarsa, o, əlavə bonusla mükafatlandırılacaq. «Neftçi» honduraslı legionerə həmçinin Bakının mərkəzində hər cür şəraiti olan villa tutacağını vəd edib,


Bir qədər öncə Sportinfo.az-a daxil olan məlumata görə, Alfredo təmsilçimizin şərtləri ilə razılaşmır. Belə ki, yarımmüdafiəçi «Neftçi»dən aylıq 15 min dollar istəyir.

 

Bu, keçidin baş tutmasını yubadan bir səbəb. İkinci səbəb isə odu ki, onun menecerləri klub rəhbərliyindən komisyon tələb edir. Həmin məbləğ isə minimum 10 faizdən başlayır. Gəl ki, «Neftçi» başbilənləri bu doğal haqqı onlara ödəmək fikrində deyil.

Tarix: 12 Yanvar 23:24    Oxunub: 632    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.