"Hər ikisi ağlını itirib, mənə elə gəlir ki, kimə tuş gəldiyini anlamır"

Məşhur italyan mütəxəssis Fabio Kapello “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo arasında yaşanan qarşıdurmaya münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Kapello durumun bu həddə çatacağını gözləmədiyini deyib.

 

O, hər iki mütəxəssisin ağlını itirdiyini vurğulayıb: “Mənə elə gəlir ki, “Çelsi”nin forması məşqçiləri əsəbləşməyə vadar edir.

 

Mourinyo da bu klubda işləyəndə belə idi. Onun qələbəni necə bayram etdiyi, meydanın mərkəzində diz çökdüyü hamımızın yadındadı.

 

Mənə elə gəlir ki, Konte kimə tuş gəldiyini anlamır. Mourinyo əla polemikaçıdı. İndi o, bütün ictimai fikri öz komandasından uzaqlaşdırıb. Onların hər ikisi ağlını itirib. Gözləməzdim ki, hadisələr bu həddə çatacaq”.

Tarix: 12 Yanvar 23:12    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.