Qurbanovu bəyənmədilər

“Keşlə” baxışda olan futbolçulardan birini göndərib.

 

Sportinfo.az xəbər verir ki, Məhəmməd Qurbanovun çıxışı baş məşqçi Yuri Maksimovu qane etməyib.

 

Artıq dağıstanlı hücumçu düşərgədən ayrılıb. Paytaxt təmsilçisi baxışda olan digər futbolçu Herve Tçami ilə anlaşmaq üzrədir.

 

Kamerunlu yarımmüdafiəçi “Qaradağ Lökbatan”la yoxlama oyununda baş məşqçinin diqqətini cəlb edə bilib.

 

Hazırda Tçamidən başqa, baxışda daha 3 futbolçu var. Bunlar İdris Musluyev, Nemanya Stoyanoviç və Ruslan Cəfərovdu.

Tarix: 12 Yanvar 19:00    Oxunub: 661    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.