"Qəbələ"də baxışda olıan: "Onlar "Qarabağ"da oynayır? Heç birini tanımıram"

Sportinfo.az "Qəbələ"nin baxışa çağırdığı braziliyalı hücumçu Kayke Vercilionun müsahibəsini təqdim edir:

 

"Qəbələ"yə gəlişin necə baş tutdu?

- Məni bura Daniel Kruz gətirib. O, özü də əvvəl bu komandada çıxış edib. İndi isə menecerliklə məşğuldur.

 

1 həftəyə yaxındır baxışdasan. Komanda ilə bağlı ilkin təəssüratların necədir?

- "Qəbələ"də hər şey əladır. Çox xoşuma gəldi, yaxşı komandadır.

 

"Qəbələ" xoşuna gəlibsə, deməli, qalıb oynamaq istəyərsən...

- Əlbəttə, "Qəbələ"də oynamaq istəyərəm. Amma komandada qalıb-qalmayacağımı bilmirəm. Çünki bu, təkcə məndən asılı deyil.

 

Artıq komanda üzvləri ilə tanışsan, dünən yoxlama oyununa da çıxmısan. Səncə, əsas heyətə düşmək üçün futbolçularla rəqabət apara bilərsən?

- Hamısı yaxşı oyunçulardır. Dünənki oyunda da əla təsir bağışladılar. Amma mən də pis deyildim. Rəqabət barədə indi nəsə deməyim düz olmaz. Çünki hələ heç nə dəqiq deyil.

 

Oyundan sonra baş məşqçi ilə söhbətiniz oldu?

- Yox, danışmadıq. Mənə heç nə demədi.

 

Azərbaycan futbolu haqda nə bilirsən?

- Heç nə bilmirəm.

 

Bəs ölkəmizdə çıxış edən braziliyalılardan kimlərisə tanıyırsan?

- Xeyr, Daniel Kruzdan başqa, heç birini tanımıram.

 

"Qarabağ" haqda necə, eşitmisən?

- Hə, "Qarabağ"la bağlı məlumatım var. Bu mövsüm Çempionlar Liqasında mübarizə aparıblar.

 

"Qarabağ"da sənin 2 həmyerlin çıxış edir: Riçard Almeyda və Pedro Enrike...

- Onlar "Qarabağ"da oynayırlar? Heç birini tanımıram.

 

Daniel Kruz sənə heç bir məlumat verməyib?

- Yox, heç nə deməyib. Açığı, hələ bu barədə danışmağa vaxt da olmayıb.

 

Bəs o, səni Azərbaycana gətirəndə nə dedi?

- Dedi ki, "Qəbələ"də yoxlanışdan keçmək variantı var. Bir də onu söylədi ki, çox əla komandadır.

 

Bunu eşidəndə reaksiyan necə oldu?

- Normal. Çünki başqa təkliflərim də var idi. Amma mən "Qəbələ"ni seçdim.

 

Seçiminin səbəbini açıqlaya bilərsən? 

- "Qəbələ"nin Avropa Liqasının qruplarında iştirak etdiyini bilirəm. Bu komandada oynamaq mənim üçün xoş olardı.

 

Baş məşqçi Roman Qriqorçukla bağlı hansı fikirdəsən? Necə mütəxəssidir?

- Baş məşqçi ilə bağlı ilkin təəssüratlarım pis deyil. Amma hələ ətraflı nəsə deyə bilmərəm. Çünki cəmi 1 həftdədir ki, onun başçılığı altında məşq edirəm.

 

"Akhisar"la yoxlama oyunundakı çıxışını necə qiymətləndirirsən?

- Cəmi 10 dəqiqə meydanda oldum. 2 dəfə ayağıma top dəydi, heç nə edə bilmədim (qol.az).

Tarix: 12 Yanvar 18:00    Oxunub: 420    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.