"Neymar “Barselona”dan PSJ-yə keçməklə geri addım atdı"

Braziliya millisinin sabiq hücumçusu Ronaldo PSJ-də top qovan həmyerlisi Neymar barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, “Fenomen” “Marka”ya açıqlamasında Neymarın “Barselona”dan PSJ-yə keçməklə karyerasında geri addım atdığını deyib:

 

“Neymar “Barselona”dan PSJ-yə keçməklə geri addım atdı. Futbolçular bu cür seçimlə özlərinə çətinlik yaradırlar.

 

Vaxtilə mən də Kataloniya klubunda oynamışam. Ancaq daha sonra Milan “İnter”inə keçdim. Lakin o vaxt A seriyasında daha böyük rəqabət var idi”.

 

Neymar mövsümün əvvəlində “Barselona”dan PSJ-yə transfer olub. Paris klubu onun keçidi üçün Kataloniya təmsilçisinə 222 milyo avro ödəyib.

Tarix: 12 Yanvar 17:36    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.