2000 manat üçün Səbaildə

“Səbail” baxışa yeni futbolçu çağırıb.

 

Paytaxt klubu gürcü futbolçu Nikolas Apakidzeni sınaqdan keçirir.

 

O, “Sabah”a qarşı yoxlama oyununda da iştirak edib. Baş məşqçi Samir Əliyev ona start heyətdə yer verib. 25 yaşlı müdafiəçinin komandadakı taleyi baş məşqçinin verəcəyi qərardan asılıdı.

 

Apakidze peşəkar karyerasına 2009-cu ildə Zuqdidi “Baiya”sında başlayıb. Üç mövsüm bu komandada çıxış etdikdən sonra 2012-ci ildə o, bu şəhərin eyniadlı komandasına – “Zuqdidi”yə üz tutub.

 

2014-cü ildə legioner həyatı yaşamağa qərar verən futbolçu Litvanın “Trakay” komandasına transfer olunub. 2015-ci ildə isə yenidən vətənə qayıtmalı olan Apakidze bu dəfə “Şukura” ilə müqavilə bağlayıb.

 

İki mövsüm bu komanda ilə elitada çıxış edən Nikolas yayda 1-ci divizion təmsilçisi “Rustavi”yə keçib. Mövsümün geridə qalan hissəsində bu komandada 18 oyun keçirən müdafiəçi 1476 dəqiqə meydanda olub, 1 qol ilə yadda qalıb.

 

Apakidze Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb. Amma o, əsas milliyə düşə bilməyib.

 

İşdi, onu «Səbail»də saxlayası olsalar, pula pul deyəcək. Axı Premyer Liqanın debütantı istər yerlilərə, istərsə də legionerlərə çox maaş vermir. Gürcünün alacağı məbləğ isə 2000 manatı keçməyəcək (Sportinfo.az).

Tarix: 12 Yanvar 17:24    Oxunub: 435    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.