"Baş məşqçi özü mənə təklif elədi ki, götür bu siqareti çək, rahat ol” - VİDEO

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov “CBC Sport” telekanalında yayımlanan “3-cü hissə” verilişində qonaq olub.

 

Sportinfo.az xəbər verir ki, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı “Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.


Mahir “Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O bu fikirlə razılaşmadığını bildirib:

 

“Oynadığım hər yerdə - istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə məncə, yanlışdır. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm.

 

Hərə öz mövqeyində ən yaxşı seçilməlidir. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən, məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə etsək, bu gün millinin sağ cinahı çox zəifdir”.


Futbolçunun ən maraqlı etirafı isə siqaret çəkməsi ilə bağlı olub: “Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. “Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol”.

 

Tarix: 12 Yanvar 17:12    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.