"Barselona" Ardanı ən azı 10 milyon avroya satmaq barədə düşünür

“Barselona”da az şans qazandığına görə qış fasiləsində komandadan ayrılmaq istəyən Arda Turanın “Başakşəhər”ə keçidi alınmaya bilər.

 

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı futbolçunu icarəyə götürmək istədə də, “Barsa” fərqli fikirdədi.

 

Klub Türkiyə millisinin üzvünü ən azı 10 milyon avroya satmaq barədə düşünür. Katalonlar futbolçunun icarəyə verilməsinə qarşıdı.

 

Bu barədə məlumatı “Katalan Sport” nəşri yayıb. Xəbərdə məsələylə bağlı tərəflər arasında danışıqların davam etdiyi vurğulanıb.

 

Hazırda Ardanın xidmətində Avropanın başqa klubunun da maraqlı olduğu vurğulansa da, bu klubun adı açıqlanmayıb.

Tarix: 12 Yanvar 17:00    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.