10 gün Rəşad Sadıqova minnətçi düşəndən sonra… İŞ ALDI

21 yaşadək futbolçulardan ibarət milli hazırda Antalyada toplanış keçir. 


Yığmamız “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq. Yanvarın 16-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Bu, Rəşad Sadıqovun U-21-də ilk matçı olacaq. Yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcəklər. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq


Aftandil Hacıyev və Faiq Əzizovla yanaşı, Vladislav Yanuş da U-21-in məşqçi korpusunda yer alıb. O, komandada fiziki hazırlığa cavabdehlik daşıyır.


Bolqarıstanlı mütəxəssisi bura şəxsən Sadıqovun özü gətirib. Elə Hacıyevi də. Uzun müddətdi «Qarabağ»dadılar və bir-birlərini yaxşı tanıyırlar. Aftandil UEFA Gənclər Liqasında da ona az kömək etməyib.


Əzizova gəlincə… O, əvvəlki məşqçi heyətindən millidə qalan yeganə adamdı. Bunadək əsas yığmada Robert Prosineçkinin ekipində yer alan Faiq bəy U-21-ə xahiş-minnətlə düşüb.

 

Bir ara oğlu Rəşad Əzizlidən ötrü demək olar bütün klublara dil tökən mütəxəssis bu dəfə özü üçün eyni işi görüb. Əslində, Sadıqov ona korpusunda yer verməyi düşünmürdü.

 

Əzizov düz 10 gün gecə-gündüz ona zəng vurub, Qurban Qurbanova minnətçi düşüb. Onun AFFA rəsmilərini də bu işin içinə qatmasını görən Sadıqov axırda bezib, «yaxşı, işləmək istəyirsə, gəlsin» deyib.


SPORTİNFO.AZ

 

Tarix: 12 Yanvar 16:36    Oxunub: 541    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.