FOTO: Ronaldo restorandan çıxarkən jurnalistlərdən gizləndi”

“Real”ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu dünən axşam Madriddəki restoranlardan birində dostlarıyla yemək yeyib.

 

Ancaq hücumçu restorandan çıxarkən etdiyi hərəkətlə diqqət çəkib. Belə ki, portuqaliyalı futbolçu restorandan çıxarkən şərfiylə üzünü tamamilə bağlayıb. O, sifətində yalnız gözlərini açıq saxlayıb.

 

Ronaldo bunu jurnalistlərdən yayınmaq üçün edib. Onun bu cür maraqlı üsulla jurnalistlərdən “gizlənmək” istəməsinin səbəbi bəlli deyil.

Tarix: 12 Yanvar 16:12    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.